понедельник, 3 ноября 2014 г.

Əmək haqqını hesablayaq

Əmək haqqını hesablamaq üçün bizə nə lazımdır? 1 stavka(aklad)(12 saat) dərsin qiyməti,1 saat dərsin qiyməti, müəllimin dərs yükünün miqdarı və tutulan vergi dərəcəsi ...
Gəlin əyani şəkildə hesablayaq.Tutaq ki, mənim 20 saat dərs yüküm var və əmək haqqım nə qədər edir.
1 stavka dərsin qiyməti 155 manat(1-3 il staj).
1 saat dərsin qiyməti :155/12=12.91.
Müəllimin dərs yükünün miqdarı:20 saat.
Tutulan vergi dərəcəsi : 19 %
20(dərs yükü)*12.91(1 saat dərsin qiyməti )=258.2
Alınan rəqəm mənim bulaşıq əmək haqqım edir və bundan 19% vergi çıxmaq lazımdır...
258.2*19/100=49 manat
258.2-49=209.2
Bu mənim təmiz əmək haqqqımdır...
Bir çox müəllimlərin həm də sinif rəhbərliyi var,sinif rəhbərliyi stavkanın 20 %-i edir.
155*20/100=31 manat və yenə də bundan da 19% vergi tutulur...
31*19/100=5.89
31-5.89=25.11
Ümüd edirəm yardımçı ola bildim...

Комментариев нет:

Отправить комментарий