понедельник, 8 декабря 2014 г.

LABORANT

Əmək funksiyası:                                                     
Laboratoriya avadanlığının, cihazlarının, təlimin texniki vasitələrinin saz halda olmasına çalışır, onların vaxtında əldə edilməsi, xüsusi zavod və emalatxanalarda təmiri üçün sifariş hazırlayır, kimyəvi reaktivlərin düzgün saxlanması və istifadə olunmasını təmin edir. Avadanlıqların, cihazların, aparaturaların, reaktivlərin laboratoriya işlərində, dərslərdə və məşğələlərdə istifadə olunması üçün hazırlayır, həmin avadanlıqların müvafiq təlimatlara və digər texniki sənədlərə uyğunluğunu yoxlayır. Filmotekalarla müntəzəm olaraq işgüzar əlaqə saxlayır. Müəllimləri dərs məşğələsi üçün lazım olan materiallarla təmin edir. Müəyyən olunmuş formada hesabatlar hazırlayır.
Bilməlidir:
Laboratoriya işləri və digər dərs məşğələlərinin keçirilməsi üzrə rəhbər və normativ sənədləri: onlardan istifadə edilməsi metodlarını; tədris avadanlıqlarından, təlimin texniki vasitələrindən, cihazlardan istifadə olunmasının mövcud standartlarını və texniki şərtlərini, avadanlıqlardan istifadə qaydalarını; əməyin elmi təşkilinin əsaslarını; texniki təhlükəsizlik, sanitariya və yanğından mühafizə qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
4-cü dərəcə - ümumi orta təhsilli, iş stajına tələb qoyulmadan;

5-ci dərəcə - orta ixtisas təhsilli, iş stajına tələb qoyulmadan.

Məktəb direktoru

Ramiz Məmmədzadə
Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, burada söz idarəetmənin ümumi funksiyalarından gedəcək. Bu, bir çox məktəb rəhbərlərinin fəaliyyətinin zəif tərəfidir. Bunun da tarixən obyektiv səbəbləri var. Bu, hər şeydən əvvəl, Sovetlər dövründə məktəbşünaslıqda “rəhbərlik” termini “idarəetmə” termini kimi qəbul edilirdi ki, bu da əsasən inzibatçılıqla bağlanırdı. Yəni göstəriş vermək, əmrləşdirmək, hökmləşdirmək və s. hüququna malik olmaq. Təsadüfi deyil ki, indi də bir çox məktəb rəhbərləri və ümumiyyətlə rəhbər işçilərin əksəriyyəti verdikləri göstərişləri özləri həyata keçirə bilmədikləri halda başqalarından tələb edirlər.
Oxucu razılaşar ki, özün bacarmadığını başqasından tələb etmək düzgün deyil. Müasir menecment nəzəriyyəsində rəhbərlik idarəetmə funksiyalarından biri hesab edilir. O, tamam başqa mənaya və məzmuna malikdir. Onları açıqlamaq yerinə düşər. Qeyd etmək lazımdır ki, “planlaşdırma və təşkiletmə” nə qədər yaxşı aparılsa da, məktəb kollektivinin fəaliyyətində yüksək nəticələr əldə etmək çətindir. Adı çəkilmiş bu funksiyalar əhəmiyyətlidir, çünki müəllim, şagird, valideyn, sponsorların və digər subyektlərin fəaliyyətinin effektiv inteqrasiyasını təmin etmir. Onların fəaliyyətindən isə təhsilin keyfiyyəti çox asılıdır. Rəhbərlik (idarəetmə funksiyalarından biri kimi) təhsil prosesinin bütün iştirakçılarının maraqlarını nəzərə almalı, onların öz əməklərindən razı qalmalarına, kollektivdə mənəvi-psixoloji mühitin xoş olmasına nail olmalıdır. Effektiv rəhbərliyə nail olmaq üçün insanların təşkilatçılıq qabiliyyətlərini bilməli, onları motivləşdirməni bacarmalı, pedaqoji işçilərin fəaliyyətini qiymətləndirmə üsullarından istifadə etməlidir. Özünüqiymətləndirmə üsullarından xəbərdar olmaq, hansından hansı halda necə istifadə etmək özü də əhəmiyyət kəsb edir. Onları aşağıda açıqlayırıq:
1.Aylıq əmək haqqı qədər mükafat vermək.
2. “Əməkdar müəllim” adınа təqdim etmək.
3.Ümumi yığıncaqlarda tərifləmək.
4.Dövlət və ya əlavə fondlar hesabına istirahətə və ya turist səfərinə göndərmək.
5.Əmrlə təşəkkür etmək.
6.Dəyərli hədiyyə vermək.
7.Ən yaxşı novator-müəllimlər lövhəsində müəllimin foto şəklini yerləşdirmək.
8.Müxtəlif xarakterli problem-konfrans və seminarlara göndərmək.
9. Tematik kurslara göndərmək.
10.Fənn dekada və aylıqlarının hazırlanması fəaliyyətinə cəlb etmək.
11.Metodik iş üçün saat ayırmaq.
12.Yaradıcı işlərin fərdi sərgisini təşkil etmək.
13.Dərslərini dinlədikdən sonra minnətdarlıq etmək.
14.Özünənəzarətə keçirmək və s.
Burada qeyd etmək lazımdır ki, düşünüb digər formalar da tapmaq olar. Ondan başqa adları çəkilən üsullar bəlkə də, hamıya bəllidir, ancaq onlardan gündəlik məktəb fəaliyyətində istifadə olunurmu? Bu, böyük sual doğurur. Və nəhayət, qətiyyətlə demək olar ki, keyfiyyəti idarə etmək üçün mütləq xüsusi stimullaşdırıcı və motivləşdirici tədbirlərin həyata keçirilməsi lazımdır. Və bir də məktəb müəllimləri də on illər boyu formalaşmış düşüncə “bizim məktəblər həmişə təhsildə yüksək keyfiyyət uğrunda mübarizə aparmışlar” fikrini unutmalı, onun uğrunda mübarizəyə qoşulmalıdırlar.
Uzun illər boyu məktəb rəhbərləri ilə görüşlər, ixtisasartırma kurslarının dinləyiciləri ilə söhbətlər, məsləhətləşmələr əsas verir, qeyd edək ki, rəhbərlik funksiyalarının motivləşmə komponentlərindən söz gedəndə təhsildə keyfiyyət problemi onlar tərəfindən müxtəlif mənada izah olunur. Əgər söhbət bu problemdən, qrupdan və kollektivdən gedirsə, onda mövzu müsbət və maraqla qarşılanır, fikirləşirlər ki, çıxış yolları açıqlanacaq, bəziləri özlərini yoxlayır, düşüncələrini müqayisə edir, problemin həlli yollarını və vasitələrini öyrənəcəklərinə ümid edirlər. Yox, əgər rəhbər müəllimlə fərdi söhbət edirsə, onda müəllim söhbəti 50 təhqir kimi qəbul edir, narahatçılığını bildirir. Başqa sözlə, bu söhbət müəllimin fəaliyyətinin tənqidi, qiyməti kimi qəbul olunur.
Belə də olduqda neqativ emosiyalar sağlam düşüncə və təhlil bacarığını kölgədə qoyur, narahatçılıq hissi üstünlük təşkil edir. Müəllim rəhbərin maraqlı məsləhətlərini eşitmir və elə düşünür ki, o, elə belə də işləyir.
O da qeyd edilməlidir ki, təhsilin keyfiyyətinin yüksəlməsi üçün pedaqoji işçilərin yeni dəyərlər əsasında stimullaşdırılmasının da yeni informasiya texnologiyalarının tətbiqi, məktəb fəaliyyətinin uzaq (gələcək) nəticələrinin uçotu (məzunların gələcək həyatlarında qazandıqları müvəffəqiyyətlər, nəticələr) və rəhbərlərin şəxsi nümunəsi də böyük əhəmiyyət kəsb edir.
Məktəbdə təhsilin keyfiyyətinə nail olmaq üçün rəhbərliyin funksiyalarını həyаtа keçirmək məktəbin fəaliyyət planında xüsusi bölmədir. Bu istiqаmətdə аylıq tədbirlər müəyyənləşdirilməli, direktor və onun müavinləri tərəfindən nə vaxt, kimlərlə həyata keçiriləcəyi göstərilməlidir. Həmçinin təhsil prosesi iştirakçılarının motivləri və stimullaşdırılması göstərilməlidir...
Nəzarət-monitorinq
Təhsil sistemində hamı bilir ki, məktəblərin nоrmаl təlim prosesinə və məktəbin inkişafına nail olmaq, təhsildə keyfiyyət əldə etmək üçün stabil şəraitə ehtiyac var. Ancaq real həyatda məktəbin daxili və xarici mühiti daima dəyişir, müəllimlərin həyatında nələrsə baş verir, uşaqların həyata münasibətlərində yeniləşmə gedir. Çox zaman baş verən bu dəyişiklikləri qabaqcadan görmək mümkün olmur. Onlar isə planda nəzərdə tutulanların həyata keçirilməsinə maneçilik törədir, bəzən isə təhsildə keyfiyyəti yüksəltmək üçün yeni imkanlar yaranır. Belə olduqda yaxşı təşkil edilmiş idarəetmədə bu dəyişikliklər vaxtında görünür, ona uyğun olaraq planlara və görülmüş işlərə dəyişikliklər edilir. Buna görə idarəedici sistem bu dəyişmələr haqqında vaxtında məlumat almalıdır. Bu məlumatların alınmasını isə yaxşı təşkil edilmiş nəzarət və ya vaxtaşırı keçirilən monitorinqlər təmin edir. Bu işdə söhbət heç də məktəb rəhbərlərinin nəzarətin mümkün olan forma və metodlarını bilməsindən getmir. Əsas məsələ insanların idarəetmənin bu funksiyasına münasibətinin 51 dəyişməsindən ibarətdir. Məsələ ondadır ki, insanlar (istər müəllimlər, istərsə də şagirdlər) nəzarəti xoşlamırlar. Xüsusən yoxlamaya cəlb edilmiş insanlar yoxlamanı hədə-qorxu ilə başlayır, məsləhət verməyə çalışmırlar. Digər tərəfdən təcrübə göstərir ki, adətən yoxlama zamanı nöqsanlar, səhvlər üzə çıxır. Onun da ardınca neqativ qiymətləndirmə qeyri-obyektiv qərarlar, konfliktlər və s. baş verir. Əlbəttə, yoxlamalar zamanı əsaslı şəkildə mənfineqativ qavramanı azaltmaq olar. Bunun üçün təhsilin keyfiyyətini və ümumiyyətlə hər cür yoxlamanı obyektiv, vəzifəsindən qorxmayan, səlahiyyətli işçilərə tapşırmaq lazımdır.
Bundan başqa, təhsil prosesinin iştirakçılarına onu da izah etmək lazımdır ki, idarəetmə əks əlaqə tələb edir. Onsuz idarəetmə mümkün deyil. Əgər nəzarətin obyektinin təhsilin keyfiyyəti olduğu nəzərə alınsa, onun əhəmiyyəti daha da artır və monitorinq xarakteri üzə çıxır. Təhsil prosesinin nəticələri, onların qarşıya qoyulmuş son məqsədlərə uyğunluğu, idarəedənlər üçün əhəmiyyəti daha da artır. Çünki təlim prosesinin müəyyən mərhələləri vaxtaşırı təkrarlanır və əks əlaqə son nəticənin alınmasında məlumat rolunu oynayır. Bu məlumatlar isə layihələşdirilmiş prosesin son nəticəsini əldə etməyə yönəlmiş tədbirlərin korrektə olunmasına imkan verir, bəzən isə hətta plan və qarşıya qoyulmuş məqsəd də dəyişdirilir. Ancaq unutmaq olmaz ki, nəzarətin – monitorinqin əhəmiyyətinin böyüklüyünə baxmayaraq, onun həddindən artıq olması da bəzən əyintilərə gətirib çıxarır. Təsadüfi deyil ki, nazirlik tərəfindən artıq rüblük yoxlamalar – qiymətləndirmələr semestr (yarım illik) qiymətləndirmə ilə əvəz edilmişdir.
Koordinasiya
Bu funksiyanın əhəmiyyəti ondan ibarətdir ki, təhsil prosesində çoxlu аmillər var və onların hesabına təhsildə keyfiyyəti yüksəltmək olar. Məktəb rəhbərləri onlardan istifadə etməlidirlər. Özü də bu zaman unutmaq olmaz ki, onlar bir-birilə əlaqəlidirlər. Burada məktəbin ənənəvi problemi – fənlərarası əlaqə yada düşür. Fənlərarası əlaqə düzgün həyata keçirilirsə, təhsil prosesində sistemlilik, bir-birini təkrarlamamаq, ziddiyyətlər aradan qaldırılır, məqsədyönlülük və bütövlük əldə edilir. Bu problemin həlli təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. Bu zaman təhsildə şagirdlərin 52 humanist elmi dünyagörüşü formalaşır, təhsil nəticələrinin ayrı-ayrı hissəciklərdən ibarət olması aradan qaldırılır, dünyanın elmi nəticəsi bütövlükdə dərk edilir. Şagirdlərdə riyazi, təbiət və humanitar biliklərə şüurlu münasibət formalaşır. Təhsildə yüksək keyfiyyət əldə etmək üçün bu problemin həllinin əhəmiyyəti böyükdür. Bunu da idarəetmə funksiyalarının koordinasiyası vasitəsilə əldə etmək mümkündür.
Bundan başqa, onu da unutmayaq ki, məktəb idarəetmə obyekti kimi mürəkkəb, bir neçə yarım struktur bölmələrdən ibarət çox komponentli kompleksdir. Hər bir məktəbin idarəetmə sistemi mürəkkəb olub, bir neçə səviyyədən: fərdi və kollektiv, daimi və müvəqqəti subyektlərdən, onların arasındakı əlaqə və münasibətlərin səviyyəsindən asılıdır. Bütün bunlar təhsildə keyfiyyət əldə etmək məqsədilə optimal hala çatdırılmalı, koordinə olunmalıdır. Bu da bütün işlərin, həyata keçirilən tədbirlərin mütəmadi təhlili, planlaşdırılması, nəzarət olunmasının idarə edilməsi nəticəsində
həyata keçirilə bilər.


FƏNN KURİKULUMLARI ƏSASƏN TƏLİMİN PLANLAŞDIRILMASI

Perspektiv planlaşdırma aparmaq məqsədilə müəllm üçün zəruri hesab edilən bacarıqlar
1.Məzmun standartlarına əsasən dərslikdəki tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq. 
2.Tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək.
3.İnteqrasiya imkanlarını müəyyən etmək.
4.Əlavə resurslar seçmək. 
5.Mövzulara görə məqsədyönlü vaxt bölgüsü aparmaq.
6.Mövzuya görə nailiyyətlərin qiymətləndirilməsinin növlərini müəyyənləşdirmək.
Planlaşdırma ilə əlaqədar tövsiyələr
• Standartlar qrupuna əlavə standartlar daxil edə bilər. 
• Mövzuları dəyişə və ya artıra bilər.
• İnteqrasiya üçün əlavə imkanlar müəyyən edə bilər. 
• Əlavə resurslar seçə bilər.
• Mövzular üzrə vaxt bölgüsündə dəyişikliklər edə bilər.

Gündəlik planlaşdırma nümunəsi
• Mövzu: 
• Məqsəd: (reallaşdırılacaq standartlar göstərilməklə)
• Inteqrasiya: 
• İş forması: 
• Üsullar: 
• Resurslar:
• Dərsin mərhələləri:
– Motivasiya, problemin qoyuluşu
– Tədqiqatın aparılması
– Məlumat mübadiləsi
– Məlumatların müzakirəsi 
– Nəticələrin çıxarılması
– Ev tapşırığı 
– Qiymətləndirmə (məqsədə görə müəyyən mərhələdən sonra aparıla bilər)

PSİXOLOQ (TƏHSİL SİSTEMİNDƏ)

Əmək funksiyası:
Psixoprofilaktik və psixodiaqnostik iş prosesində, təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqların üzə çıxarılması məqsədi ilə şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənir, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq edir.
Uşaqların məktəbə psixoloji cəhətdən hazırlığını diaqnostika edərək, onların birinci sinfə qəbul edilməsində iştirak edir, şagirdlərin yaş və inkişaf səviyyələrini müəyyən edərək onları ibtidai məktəbdən natamam orta, natamam orta məktəbdən orta ümumtəhsil və peşə məktəblərinə keçərkən psixoloji müayinə edir vəəllim, valideyn və ustalarla birlikdə uşaqlarla fərdi iş proqramını işləyib hazırlayır.
Psixodiaqnostik iş zamanı psixoloq psixi cəhətdən inkişaf edən uşaqları, effektiv-emosional pozuntulara və pis davranışa meylli olan uşaqları, habelə ümumi və xüsusi istedadı olan uşaqları üzə çıxarır.

Peşəyə yararlığı üzə çıxarmaq və peşə seçməkdə kömək etmək məqsədi ilə psixoloq xüsusi olaraq şagirdlərin maraq və meyllərini öyrənir.
Alkoqolizmin, narkomaniyanın cəmiyyətə zidd davranış formalarının qarşısını almaq üçün yeniyetmələrlə, onların valideynləri vəəllimləri ilə profilaktik iş aparır.
Aparılmış psixodiaqnostik tədqiqatların əsasında psixoloq şagirdlərin inkişafı, təlimi və davranışında aşkara çıxarılmış çatışmazlıqları təhlil edir və səbəblərini müəyyənləşdirir; psixoloq əqli geriliyi, psixi inkişafın ləngliyini, pedaqoji cəhətdən özbaşına buraxılmış, psixogen məktəb dezadatasiyası (didaktogen və didaskapoken) olan uşaqları müəyyən edərək məktəbdə müvəffəqiyyətsizliyin arxasında duran konkret səbəbləri aşkara çıxarır. Psixodiaqnostik işin gedişində əldə edilmiş məlumatların təhlili əsasında psixoloq uşaqlarla, valideyn vəəllimlərlə həm fərdi, həm də qrup şəklində aparılacaq korreksiya işinin proqramını hazırlayır. Buraya təlimlə (məktəb müvəffəqiyyətsizliyi, disleksiya, disqrafiya və s.) şəxsiyyətlərarası və emosional pozulmalarla (qorxu, yüksək həyəcanlılıq, depressiya və s.) sosial dezaptasiya və pis davranışla (yüksək təcavüzkarlıq, yalançılıq, oğurluq, proqullar və s.) bağlı müxtəlif növ çətinliklərin aradan qaldırılmasına yönəldilmiş kompleks tədbirlər daxildir.
Məktəbdə, sinifdə sosial-psixoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə şagirdlər, müəllimlər və məktəbin müdiriyyəti ilə treninq keçirir.
Uşaqların və istedadlı şagirdlərin daha optimal inkişafı məqsədi ilə psixoloq müəllimlərlə birgə şagirdlərin fərdi keyfiyyətlərini nəzərə alan konkret proqram işləyib hazırlayır və onun həyata keçirilməsini təmin edir.
Uşaqların təlim-tərbiyəsi problemləri ilə bağlı məktəbin müdiriyyətinə, müəllimlərinə, valideynlərinə və tərbiyəçilərə məsləhətlər verir; uşaqlarla ayrı-ayrılıqda təlim, inkişaf, həyatda öz yerini tutmaq problemləri, həmyaşıdları ilə qarşılıqlı münasibətləri, özünütərbiyə məsələləri ilə bağlı məsləhətlər verir. Pedaqoji şuranın iclaslarında, metodbirləşmələrdə, ümum-məktəb və valideyn yığıncaqlarında iştirak edir.
Tibbi-pedaqoji komissiyaların, uşaqların və yeniyetmələrin sosial-hüquqi müdafiəsi üzrə komissiyaların işində iştirak edir; müvafiq instansiyaların valideyn hüququndan məhrum etmə, uşaqların xüsusi məktəblərə və s. göndərilməsi zamanı daha əsaslandırılmış qərar verməsi məqsədi ilə xalq məhkəməsi, himayə və qəyyumluq orqanlarının, həddi-buluğa çatmamış uşaqlarla işləyən komissiyaların, rayon polis şöbələrinin həddi-buluğa çatmamışların işi üzrə müfəttişliyinin tələbnamələri üzrə uşaqların psixi vəziyyətini, ailə tərbiyəsi şəraitini müəyyən edən psixoloji ekspertiza keçirir.
Bilməlidir:
"Azərbaycan Respublikasının Təhsil Qanununu, insan hüquqları və azadlıqları qətnaməsini, uşaq hüquqları haqqında konvensiyanı, uşaq və yeniyetmələrin təlim və tərbiyəsi haqqında normativ sənədləri, əməyin mühafizəsi, sağlamlığının qorunması, ümumi psixologiyanı, pedaqoji psixologiyanı və ümumi pedaqogikanı, şəxsiyyətin psixologiyasını, sosial psixologiyanı, uşaq və yaş psixologiyasını, fərdi və qrup məsləhətinin müasir metodlarını, uşağın normal və anormal inkişafının diaqnostikası və korreksiya metodlarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
10-cu dərəcə (psixoloq) - baza psixoloji təhsili olan (staj tələb olunmamaqla) psixoloq;
11-ci dərəcə (psixoloq) - baza psixoloji təhsili olan, müvafiq ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş və ya ixtisası üzrə  1   ildən az olmayaraq iş stajına malik olan;
12-ci dərəcə (psixoloq) - baza psixoloji təhsili olan, ixtisası üzrə 1 ildən 3 ilədək stajı olan.
13-cü dərəcə (II kateqoriya psixoloq) - baza psixoloji təhsili olan, ixtisası üzrə 3 ildən 5 ilə qədər stajı olan psixoloq. Testləşdirməni və diaqnostikanı, psixotreninq və korreksiya işlərinin mürəkkəb formalarını həyata keçirilməsinə xüsusi icazəsi olan.
14-cü dərəcə (I kateqoriya psixoloq) - baza psixoloji təhsili olan ixtisas üzrə 5 ildən az iş stajı olmayan psixoloq. Psixoloji təhsildən əlavə xüsusiləşdirilmiş elmi-praktiki psixoloji mərkəzlərin birində əlavə hazırlıq keçmiş, şəxsiyyətin psixoemosional inkişaf korreksiyası, qruplarda psixotreninq keçirilməsi ilə, sosial psixoloji təsir və təhsil müəssisələrinin fəaliyyətinin optimallaşdırılması ilə bağlı metodlardan istifadə üçün mürəkkəb növlü psixokorreksiya işlərini aparmağa icazə verən sertifikatı olduqda.

15-ci dərəcə (ali kateqoriya psixoloq) - baza təhsilli, ixtisası üzrə 5 ildən 10 ilə qədər stajı olan psixoloq. Əlavə, xüsusiləşdirilmiş hazırlıq keçmiş (aspirantura, doktorantura), psixodiaqnostik, konsultativ və psixokorreksion işlərin mürəkkəb formalarının aparılmasına xüsusi icazə olduğunu sübut edən sertifikatı olduqda, elmi və praktiki psixologiya sahəsində elmi işləri, elmi adları p.e.n. və ya p.e.d.