суббота, 21 июня 2014 г.

Sevindirici Xəbər


HEYDƏR ƏLİYEV MƏRKƏZİNİN ELAN ETDİYİ MÜSABİQƏLƏRİN QALİBLƏRİ AÇIQLANIB-Müsabiqədə məktəbimizin fizika-informatika müəlliməsi Əliyeva Səbinədə qaliblərin siyahısındadır.Sevincli xəbər

четверг, 19 июня 2014 г.

Təhsil Problemləri İnstitutunda müəllimlərin mükafatlandırılması


Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutu və “Demokratik Gənclər” İctimai Birliyi ulu öndər Heydər Əliyevin 91-ci il doğum günü münasibəti ilə təşkil etdiyi “Ən yaxşı blog” müsabiqəsində qalib olanların mükafatlandırılması, 30 May 2014-cü il · Güncelleme: yaklaşık 3 hafta önce ·Tehsil Problemleri Institutu'da çekildi












понедельник, 2 июня 2014 г.

Təhsil Nazirliyi hazırda işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı elektron ərizələrin qəbuluna başlayıb.


Ümumi təhsil müəssisələri və peşə liseylərində hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi iyun ayı ərzində aparılacaq.
Müəllimlərin yerdəyişməsini həyata keçirmək üçün Təhsil Nazirliyinin rəsmi internet saytının  “Müəllimlərin işə qəbulu” səhifəsində “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları”, “Müsahibə proqramı”, “Elektron ərizə” və “Şəxsi səhifə” bölmələri yerləşdirilib. İş yerini dəyişmək istəyən müəllimlər “Müəllimlərin işə qəbulu” səhifəsinə daxil olub elektron ərizə (http://82.194.5.15/erize14/erizeqeyd.aspx) doldurmalıdırlar. Elektron ərizələrin qəbulu iyunun 1-dən 10-dək aparılacaq.
Elektron ərizə doldurularkən məlumatların düzgünlüyü təmin edilməli, bütün vacib sahələr doldurulmalıdır. Yerdəyişmə üçün elektron ərizə verən müəllim ixtisası üzrə ən çoxu 8 vakant yer seçə bilər. Qarşısında (H-1) və (H-2) işarəsi olan vakant yerlər kənd məktəblərində həvəsləndirmə tədbirlərinin tətbiqi nəzərdə tutulan yerlərdir.
Elektron ərizələrin qəbulu başa çatdıqdan sonra yerdəyişmədə iştirak edən müəllimlərlə müsahibə keçiriləcək, nəticələr qeydə alınacaq və proqram təminatı vasitəsilə yerləşdirmə aparılacaq.
Müsahibə barədə məlumatları “Müsahibə proqramı”ndan əldə etmək mümkündür.