четверг, 23 октября 2014 г.

MÜƏLLİMLƏRİN BİLİK VƏ SƏRİŞTƏSİNİN SINAQ QİYMƏTLƏNDİRİLMƏSİ -TESTLER

Müəllimlərin iş yeri azalır



Bu il müəllimlər üçün müsabiqəyə çıxarılacaq vakant yerlərin sayı azalacaq. Ötən il Təhsil Nazirliyi tərəfindən 3286 vakant yer müsabiqəyə çıxarılıb

Lakin müəllimlərin həftəlik dərs yükünün yuxarı həddinin 24 saatdan 36 saata qaldırılması ilə əlaqədar cari ildə vakansiyanın sayının aşağı düşməsi proqnozlaşdırılır.

Keçən il ən çox vakansiya biologiya fənni üzrə olub. Kimya, coğrafiya, fizika, Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə də vakant yerlərin sayı çox olub.

“Bölgələrdə vakant yerlərin çox olması isə oradakı məktəblərdə azsaatlı vakansiyaların sayının çoxluğu ilə izah oluna bilər. Belə ki, həmin dərslərin tədrisi əmək haqqına cüzi təsir etdiyi üçün müəllimlər tərəfindən bu yerlərə maraq azdır”. (anspress)

Milli Məclisdə müəllimlərin məsələsini qaldırıldı:

Şəkil: Milli Məclisdə müəllimlərin məsələsini qaldırıldı:

"Maaşlar artırılmalıdır"

Millət vəkili Əli Məsimli Milli Məclisin bugünkü iclasında Azərbaycanda daha çox görünən islahatlardan danışmaq istədiyini bildirib. Bizimyol.info  modern.az-a istinadən xəbər verir ki, millət vəkili təhsildə islahatları çox yüksək qiymətləndirdiyini deyib. 

“Elm və təhsillə bağlı hazırlanan strategiya təqdirəlayiqdir. Bu sahədə islahatlar davamlı şəkildə aparılmalıdır. Pensiya yaşı çatan müəllimlər təqaüdə göndərilməlidir. Ancaq bu gün pensiya yaşı çatmayan müəllimlərin işdən ayrılmasının qarşısı alınmalıdır. Ümumiyyətlə müəllimlərin maaşı artırılmalıdır ki, uzun müddət müəllim işləmiş şəxslər pula görə, pensiya yaşı çatmamış təhsildən ayrılmasınlar”. 

Ə. Məsimli adambaşına düşən maliyyələşmənin təhsildə də tətbiq edilməsinin lazım olduğunu bildirib. “Biz hələ təhsildə böyük uğurlar qazanmamışıq. Buna görə də təhsilin istehsalatda tədbiqi ilə bağlı elmi əsərlər yazılmır. Ancaq bu sahədə də elmi işlərin yazılmasına ehtiyac var”.
bizimyol.info


"Maaşlar artırılmalıdır"

Millət vəkili Əli Məsimli Milli Məclisin bugünkü iclasında Azərbaycanda daha çox görünən islahatlardan danışmaq istədiyini bildirib. Bizimyol.info modern.az-a istinadən xəbər verir ki, millət vəkili təhsildə islahatları çox yüksək qiymətləndirdiyini deyib.

“Elm və təhsillə bağlı hazırlanan strategiya təqdirəlayiqdir. Bu sahədə islahatlar davamlı şəkildə aparılmalıdır. Pensiya yaşı çatan müəllimlər təqaüdə göndərilməlidir. Ancaq bu gün pensiya yaşı çatmayan müəllimlərin işdən ayrılmasının qarşısı alınmalıdır. Ümumiyyətlə müəllimlərin maaşı artırılmalıdır ki, uzun müddət müəllim işləmiş şəxslər pula görə, pensiya yaşı çatmamış təhsildən ayrılmasınlar”.

Ə. Məsimli adambaşına düşən maliyyələşmənin təhsildə də tətbiq edilməsinin lazım olduğunu bildirib. “Biz hələ təhsildə böyük uğurlar qazanmamışıq. Buna görə də təhsilin istehsalatda tədbiqi ilə bağlı elmi əsərlər yazılmır. Ancaq bu sahədə də elmi işlərin yazılmasına ehtiyac var”.
bizimyol.info

Regional təhsil idarələrinin yaradılması təxirə salındı

Şəkil: Regional təhsil idarələrinin yaradılması təxirə salındı

2015-ci ilin yanvarın 1-dən regional təhsil idarələrinin yaradılması təxirə salınıb. Lent.az-ın xəbərinə görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov bildirib. O qeyd edib ki, Milli Məclisə təqdim olunan gələn ilin dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulmadığı üçün 2015-ci ilin yanvarın 1-dən regional təhsil idarələrinin islahatı prosesi-yaradılması təxirə salınıb. Onun sözlərinə görə, növbəti ildə də rayon təhsil şöbələri bu il tətbiq edilən sistem şəklində çalışacaq: “Bakı Şəhəri üzrə Təhsil İdarəsində struktur islahatları davam etdiriləcək. Yerlərdə olan təhsil şöbələrinin tabeliyində olan məktəblərdə isə təhsil nazirliyinin səlahiyyətində olan bütün fəaliyyətlər indi də həyata keçirdiyimiz şəkildə davam etdiriləcək

Mənbə: Lent.az



Regional təhsil idarələrinin yaradılması təxirə salındı

2015-ci ilin yanvarın 1-dən regional təhsil idarələrinin yaradılması təxirə salınıb. Lent.az-ın xəbərinə görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov bildirib. O qeyd edib ki, Milli Məclisə təqdim olunan gələn ilin dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulmadığı üçün 2015-ci ilin yanvarın 1-dən regional təhsil idarələrinin islahatı prosesi-yaradılması təxirə salınıb. Onun sözlərinə görə, növbəti ildə də rayon təhsil şöbələri bu il tətbiq edilən sistem şəklində çalışacaq: “Bakı Şəhəri üzrə Təhsil İdarəsində struktur islahatları davam etdiriləcək. Yerlərdə olan təhsil şöbələrinin tabeliyində olan məktəblərdə isə təhsil nazirliyinin səlahiyyətində olan bütün fəaliyyətlər indi də həyata keçirdiyimiz şəkildə davam etdiriləcək

Mənbə: Lent.az

четверг, 9 октября 2014 г.

Maasi nece hesablayaq?


SİNİF RƏHBƏRİNİN HANSI SƏNƏDLƏRİ OLMALIDIR

Əsas sənədlər:
1. Sinif rəhbərinin fəaliyyət planı (illik, aylıq və həftəlik)
2. Valideynlərlə görüş dəftəri
3. Sinif pasportu
4. Sinif divar qəzetinin nömrələri
5. Şagirdlərlə fərdi söhbət dəftəri
6. Zəif oxuyan şagirdlərlə işlərin planı və icra sənədləri
7. Sinif rəhbərinin müəllimlərlə əlaqə dəftəri
8. Şagirdlərin öyrənilməsi üçün müşahidə dəftəri
9. Sinif valideyn komitəsinin iş planı
10. Keçirilən tədbirlərin qeyd dəftəri (məruzə və çıxışlar)
11.Valideyn iclaslarının protokolları
12. Şagird yığıncaqlarının protokolları
13. Şagirdlər qarşısında edilən məruzələr
14. Valideynlər qarşısında edilən məruzələr
15. Şəxsi təhsil planı
16. Müvafiq yuxarı orqanların verdiyi qanun və göstərişlərin icra sənədləri
Məlumatlar:
1. Sinif rəhbəri haqqında məlumat
2. Sinfin təlim göstəriciləri haqqında məlumatlar
3. Az təminatlı və yetim uşaqlar haqqında məlumat
4. Abunəçilərin siyahısı
5. Şagirdlərə kitabxanalardan verilmiş kitabların siyahısı (kitabxana ilə əlaqə)
6. Olimpiadalarda, müsabiqələrdə və digər bilik yarışlarında uğur qazanan şagirdlər haqqında məlumat.
7. Müxtəlif sahələrdə xüsusi istedadı olan şagirdlər haqqında məlumat
8. Sinif fəalları haqqında
məlumat

İnformatika fənni üzrə laborantın vəzifələri

1. Ümumi qaydalar
1. Laborant texniki işçilər kateqoriyasına aiddir.
2. Laborant vəzifəsinə orta peşə təhsili olan və ixtisas üzrə ən azı 2 il iş stajı olan şəxslər qəbul olunur.
3. Vəzifəyə təyin və işdən azad olma həmin müəssisənin direktorunun əmri ilə həyata keçirilir.
4. Laborant nələri bilməlidir:
– müvafiq normativ sənədləri;
– informasiya daşıyıcılarının işə yararlı olmasının yoxlama üsulları, müxtəlif testləşdirmə qaydalarını; 
– kompyuterlərdə quraşdırılmış proqram təminatı haqqında müxtəlif bilgilər; 
– texniki sənədləşdirməyə aid qüvvədə olan tələbləri və standartları;
– məktəbdə istifadə olunan kompyuter şəbəkəsinin növünü və oradakı kompyuter avadanlıqları barədə məlumat;
– şəbəkədə olan kompyuterlərə informasiyanın daxil və xaric edilməsinin üsul və vasitələrini;
– kompyuter texnikasının istismar qaydalarını;
– informatika kabinetinin iş rejimini;
– kompyuter otağında davranış qaydalarını, əməyin müdafiəsinin normaları, təhlükəsizlik və yanğına qarşı müdafiə qaydalarını;
5. Laborant bilavasitə informatika müəlliminə tabe olur.
6. Laborant iş yerində olmayanda (məzuniyyət, xəstəlik və s.) onun vəzifəsini rəsmi qaydada təyin edilmiş şəxs icra edir. Bu şəxs laborantın müvafiq vəzifələrini icra edir və onların icrasına məsuliyyət daşıyır.

2. Laborantın vəzifələri
Laborant:
1. Dərs başlamamışdan öncə kompyuter avadanlığını hazırlayır, onun ilkin yoxlamasını və yüklənməsini həyata keçirir, dərsin sonuna yaxın sistemin işi düzgün başa çatdırmasına nəzarət edir və kompyuterlərin söndürülməsini həyata keçirir. 
2. Dərs ilinin əvvəlində şagirdləri təhlükəsizlik texnikası qaydaları ilə tanış edir.
3. Tənəffüs və dərs zamanı kompyuter otağında davranış və kompyuterdə iş qay¬da¬la¬rı¬nın şagirdlər tərəfindən icrasına nəzarət edir.
4. Dərsdə, yaxud istifadəçilər kompyuter otağında sərbəst işləyən zaman kompyuterlərə qoşulan daşıyıcılarda virusların mövcudluğunu yoxlayır və onları aşkar edərək məhv edilməsini həyata keçirir, daşıyıcıların arasında və lokal şəbəkədə informasiya mübadiləsi üzrə müxtəlif işləri yerinə yetirir.
5. Şagirdləri dərs məşğələsi zamanı lazımi paylama materiallarla təmin edir.
6. Tədbirlərdə, yarışlarda, viktorinalarda kompyuter texnikasından istifadə edilərsə, yaxından köməklik göstərir.
7. Kompyuter avadanlığının saz vəziyyətini izləyir, onun artıq proqram və viruslardan təmizləməsini həyata keçirir.
8. Kompyuter otağında olan işçi jurnallarında reqlamentə uyğun olaraq qeydlər aparır.
9. Müxtəlif fənn müəllimləri tərəfindən hazırlanmış tədris materiallarını İnternetdə yerləşdirir.
10. Sistemdə baş verən xətalar barədə jurnalda qeydlər aparır və bilavasitə müdirə xəbər verir.
11. Kompyuterdə tədris prosesində lazım olan müxtəlif hesablamaları aparır, mətnləri yığır və qrafik işləri yerinə yetirir.
12. Öz rəhbərinin digər xidməti tapşırıqlarını yerinə yetirir.

Gelin mezuniyyetimizi ozumuz hesablayaq

Əmək məcəlləsinin 140-cı maddəsinə uygun olaraq məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

Əmək funksiyası:

Konkret pedaqoji vəziyyət və tədris edilən fənnin spesifik xüsusiyyətləri nəzərə alınmaqla şagirdlərlə təlim məşğələləri aparır. Müxtəlif formalardan, üsullardan, metodlardan istifadə edir. Keçdiyi fənn üzrə tədris materiallarını planlaşdırır, tədris proqramlarının yerinə yetirilməsini, bütün şagirdlərin onları baza səviyyəli tələblər əsasında mənimsəməsini təmin edir. Tədris etdiyi fənnə dair sinifdənkənar tədbirlər üzrə iş aparır. Şagirdlərin valideynləri, yaxud onları əvəz ödən şəxslərlə müntəzəm əlaqə saxlayır. Tədris intizamına riayət edilməsini və məşğələlərə davamiyyət rejiminə əməl olunmasını təmin edir. Tədris avadanlıqlarından istifadə zamanı texniki təhlükəsizlik və istehsalat sanitariyası tələblərinin yerinə yetirilməsinə nəzarət edir. Metodbirləşmələrin və həyata keçirilən digər metodik iş formalarının fəaliyyətində iştirak edir. Təlim-tərbiyə işləri prosesinin təkmilləşdirilməsinə yönəldilən təkliflər irəli sürür, müntəzəm surətdə özünün peşə ixtisasını yüksəltmək qeydinə qalır.
Bilməlidir:
Zəruri pedaqoji, elmi-metodik və təşkilati idarəetmə məsələlərini həll edə bilmək çərçivəsində fənlərin ümumi nəzəri əsaslarını, pedaqoji fənlər silsiləsini, pedaqogikanı, psixologiyanı, fizioloji inkişafı, məktəb gigiyenasını, fənnin tədris metodikasını, tərbiyə işlərinin metodikasını, informatikanın, elektron-hesablama texnikasının əsaslarını, müvafiq fənn üzrə təlimin məzmunu və təşkili prinsiplərini; tədris kabinetlərinin və yardımçı binaların avadanlıqlarla təchiz olunmasına verilən tələbləri: əməyin elmi təşkilini, uşaqların və gənclərin təlim-tərbiyəsi məsələləri üzrə hökumətin və digər dövlət orqanlarının qərarlarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
8-ci dərəcə - (müəllim) orta ixtisas təhsilli, iş stajına tələb qoyulmadan: 
9-cu dərəcə - (müəllim) orta ixtisas təhsilli, 3 ildən 5 ilədək pedaqoji stajı olan və ya orta ixtisas məktəbini fərqlənmə diplomu ilə bitirən; 
10-cu dərəcə - (müəllim) a) ali təhsilli, iş stajına tələb qoyulmadan; 
b) orta ixtisas təhsilli, 5 ildən 10 ilədək stajı; 
11-ci dərəcə - (müəllim) a) ali təhsilli, 3 ildən ilədək pedaqoji stajı olan və ya məktəbi fərqlənmə diplomu ilə bitirən;
b) orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən 15 ilədək olan; 
12-ci dərəcə - ( müəllim) a) ali təhsilli, 8 ildən 13 ilədək pedaqoji stajı olan;
b) orta ixtisas təhsilli, pedaqoji stajı 15 ildən çox olan; 
13-cü dərəcə - (II kateqoriyalı müəllim) a) ali təhsilli, pedaqoji stajı 13 ildən 18 ilədək olan; 
b) orta ixtisas təhsilli, iş təcrübəsi Təhsil (Maarif) Nazirliyi tərəfindən bəyənilib yayılmış; 
14-cü dərəcə - (I kateqoriyalı müəllim) a) ali təhsilli, pedaqoji stajı 18 ildən çox olan;
15-ci dərəcə - (ali kateqoriyalı müəllim) a) elmlər doktoru və ya elmlər namizədi elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edən; 
b) "xalq" və "əməkdar" fəxri adı olanlar; 
v) dərslik, metodik tövsiyələr müəllifləri; 
q) iş təcrübəsi Təhsil (Maarif) Nazirliyi tərəfindən bəyənilmiş, yayılmış.

AÇIQ DƏRSLƏRİN TƏŞKİLİ

Təhsilin yenidən qurulması və demokratikləşdirilməsi məktəbin idarə olunması, ona rəhbərlik və nəzarəti təkmilləşdirməyi zəruriləşdirir. Bu mənada təlim-tərbiyə prosesi elmi-pedaqoji əsaslar üzərində qurmaq, nəzarətin məzmununa, forma və metodlarına, iş üslubuna yeni təfəkkür zəminində yanaşmaq vacib şərtlərdəndir. 
Məlumdur ki, məktəb rəhbərlərinin pedaqoji prosesdə ən çox diqqət yetirdikləri sahələrdən biri dərs sisteminə nəzarətdir. Dərsin təkmilləşdirilməsi, onun funksiyalarının genişləndirilməsi, imkanlarının artırılması istiqamətində tədqiqatlar aparılmasına baxmayaraq, onun mexanizmini, strukturunu, ayrı-ayrı cəhətlərini öyrənməyə və yeniləşdirməyə bu gün də böyük ehtiyac var. Məktəb rəhbərləri bu mənada hər bir müəllimin öz iş metodunu müstəqil, yaradıcı şəkildə müəyyənləşdirilməsinə şərait yaratmalı, rəsmi metodik qaydaların əsiri olmamalı onu zorla müəllimlərə qəbul etməməlidir. Dərs müəllimlərlə şagirdi vahid məqsədə doğru aparmalı, onlar arasında qarşılıqlı fəaliyyət və humanist münasibət yaratmalıdır. 
Məktəb təcrübəsində dərs dinləmə özünü gündəlik və açıq dərslərin müşahidəsi formasında göstərir. Açıq dərslər təlim işində təcrübə mübadiləsinə kömək edən vasitə kmi ən yaxşı dərs nümunələrini yayamaq məqsədi daşıyır. Digər tərəfdən, müəllimləri öz işinə tənqidi nəzərlə yanaşmağa sövq edir və onları başqalarının qabaqcıl təcrübəsini öyrənməyə istiqamətləndirir. Açıq dərslər pedaqoji kollektivin təlim işinə, metodik həyatına yeni ab-hava, təravət gətirməli, onun canlanmasına səbəb olmalıdır. Belə dərslərin gənc müəllimlər üçün xüsusilə böyük əhəmiyyəti vardır. 
Açıq dərslərin səmərəsi onların düzgün təşkilindən bilavasitə asılıdır. Bu dərslərin mövzuları və dərs keçənlərin tərkibi hər bir məktəbin metodbirləşməsi və fənn metodbirləşmələrinin (V-XI siniflər) iclasında müəyyənləşdirib direktora təqdim edilməlidir. Mövzu praoqramın nisbətən çətin bölmələrindən seçilməlidir ki, onun keçilməsi nümunəsində başqa müəllimləri öyrənmək mümkün olsun. Bundan başqa, həmin işin belə təşkili müəllimlərin məsuliyyətini və yaradıcılıq səyini artırmaqla yanaşı, həm də açıq dərsin elmi-metodik səmərəsini yüksəldir. 
Açıq dərs cədvəlinin tərtibi və təsdiqi tədris prosesində ən vacib məsələlərdəndir. Cədvəl dərs ilinin əvvəlində metodbirləşmə və ya fənn metodkomissiyalarının təqdimatına əsasən direktor müavini tərəfindən tərtib olunur. Direktor tərəfindən təsdiq olunduqdan sonra məktəbin münasib bir yerindən asılır. Onun bir surətini təhsil şöbəsinin metodmərkəzinə göndərmək lazımdır. Çünki çalışmaq lazımdır ki, məktəbdəki açıq dərslərdə başqa məktəblərin müəllimləri, habelə rayon təhsil şöbəsinin inspektor və metodistləri də iştirak etsin.
Müəllim nəzərdə tututlan açıq dərsin planını əvvəlcədən tərtib etməlidir. Planda dərsin məntiqi quruluşu, didaktik prinsipləri, əsas anlayışlar, o cümlədən aşılanacaq bacarıq və vərdişlərin həcmi özünün dəqiq və yığcam ifadəsini tapmalıdır. Müəllim plan əsasında dərsə ciddi hazırlaşmalı, ən səmərəli vasitə və metodlardan bacarıqla istifadə etməyə çalışmalıdır.
Açıq dərslərin müzakirəsi xüsusilə vacibdir. Adətən müzakirələr normal şəkildə aparılır, daha çox tərifli sözlərdən ibarət olur, əsas nöqsanlar qeyd və təhlil edilmir. Belə olduqda açıq dərs və onun müzakirəsi heç bir əhəmiyyət daşımır və məktəbin elmi-metodik inkişafında mahiyyət etibarı ilə rol oynamır. Müzakirə tənqid və özünütənqid ruhunda aparılmalıdır. Açıq dərslərin elmi-metodik prinsip və meyarlar əsasında təhlil olunması təmin edilməlidir. Bu dərslər ideya-siyasi, elmi-nəzəri və elmi-metodik baxımdan obyektiv təhlil olunmalıdır:
• Müəllim problemli təlimdən necə istifadə edir? 
• Dərsi dialoq əsasında necə qurur?
• Müasir fəal təlim metodlarını necə tətbiq edir? 
• Əyani və texniki vasitələrdən necə istifadə edilir? 
• Dərsdə kompüterlərdən necə istifadə edilir? və s. 
Müzakirə zamanı bu məsəslələr ətraflı aydinlaşdırılmalı, şagirdlərin fundamental təhsili, şəxsiyyət kimi formalaşması məsələlərinə xüsusi diqqət yetirməli, müsbət cəhətlərlə yanaşı, çatışmazlıqların hər biri qeyd edilməlidir. Açıq dərslər müzakirə edilərkən bütün proses qeydə alınmalı, sənədləşdirilib məktəbdə saxlanmalıdır. Bu sənədlərdən faydalanmaq və təcrübə mübadiləsi məqsədilə istifadə olunmalıdır. 
Açıq dərsləri pedaqoji institut və məktəblərdə sınaq dərslərinə verilən tələblər baxımından təhlil etmək düzgün deyildir. Bu dərslərin məqsədi müəllimi yoxlamaq və işinə qiymət vermək deyil, qabaqcıl təcrübəni yaymaqdır. Açıq dərslər öyrədici xarakter daşıdığından onların təcrübəli müəllimlər tərəfindən aparılması daha düzgündür. Məktəbin direktoru, onun müavinləri də açıq dərs aparmalıdırlar.
Gənc müəllimlər də açıq dərslər apara bilərlər, belə dərsləri aparmaq onlara qadağan edilmir. Bu şərtlə ki, gənc müəllimin dərsə hazlrlaşmasına təcrübəli müəllimlər kömək göstərməli, metodbirləşmənin və ya fənn metodkomissiyasının iclasında onun açıq dərsinin planı əvvəlcədən dinlənilməli və istiqamət verilməlidir.Açıq dərs metodik işlərin sınanmış vasitəsidir. Bu dərsləri yüksək elmi-metodik səviyyədə təşkil etmək lazımdır ki, onun öyrədici təsiri güclü olsun. 
Mən bir direktor kimi açıq dərslərin mütəmadi keçirilməsini təşkil edir, belə dərslərdə özünü göstərən novator müəllimlərin qabaqcıl təcrübəsini yaymağa çalışıram. Gələcəkdə attestasiya zamanı, ilk növbədə, məhz belə müəllimlərə üstünlük veriləcəkdir.

2014-2015-ci dərs ilində lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün nümunəvi tədris planına dair qeydlər

Azərbaycan Respublikası təhsil nazirinin
5 avqust 2014-cü il tarixli, 847 nömrəli
əmri ilə təsdiq edilmişdir.
Tədris planına dair qeydlər
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04 iyul 2014-cü il tarixli 775 nömrəli əmri ilə təsdiq olunmuş “Ümumtəhsil məktəblərinin 2014-2015-ci dərs ilinə aid tədris planlarına dair “Qeydlər”in 7, 8, 9, 13, 18, 21-ci bəndləri tətbiq olunur.
2. İkinci xarici dil tədris olunmayan VII siniflərdə bu məqsədlə ayrılan saat əsas xarici dilin tədrisinə verilir.
3. Şagirdlərin sayı 20 və daha çox olan siniflər aşağıdakı fənlərin tədrisində iki qrupa bölünür:
3.1. Tədris rus dilində aparılan VII-XI siniflərdə Azərbaycan dili (dövlət dili kimi).
3.2. Tədris dilindən asılı olmayaraq VII-XI siniflərdə xarici dil, “Fiziki tərbiyə”, texniki təmayüllü VIII-XI siniflərdə “İnformatika” fənni üzrə praktik məşğələlər, VII sinifdə ikinci xarici dil, “Texnologiya”, VIII sinifdə “Əmək hazırlığı”.
4. Təmayül fənlərinin tədrisini səmərəli təşkil etmək məqsədilə tədris planlarında seçmə fənlərə, dərsdənkənar məşğələlərə, fakültativ, fərdi və qrup məşğələlərinə ayrılmış saatlar aşağıdakı kimi istifadə olunur:
4.1.Texniki fənlər üzrə:
4.1.1. VII sinifdə dərsdənkənar məşğələlərə ayrılan saatlardan dərs cədvəlinə daxil edilməklə 1 (bir) saatı riyaziyyatın, 1 (bir) saatı informatikanın, 1 (bir) saatı isə fizikanın tədrisinə verilmişdir.
4.1.2. VIII sinifdə seçmə fənlərə ayrılmış saatlardan 2 (iki) saatı informatikanın, 1 (bir) saatı fizikanın, fakültativ, fərdi və qrup məşğələlərinə ayrılmış saatlardan dərs cədvəlinə daxil edilməklə 2 (iki) saatı cəbrin tədrisinə verilmişdir.
4.1.3. IX sinifdə seçmə fənlərə ayrılmış saatlardan 2 (iki) saatı informatikanın, 1 (bir) saatı fizikanın, 1 (bir) saatı xarici dilin, fakültativ, fərdi və qrup məşğələlərinə ayrılmış saatlardan dərs cədvəlinə daxil edilməklə 2 (iki) saatı cəbrin tədrisinə verilmişdir. 
4.1.4. X sinifdə seçmə fənlərə ayrılmış saatlardan 3 (üç) saatı cəbr və analizin başlanğıcının, 1 (bir) saatı həndəsənin, 2 (iki) saatı fizikanın, 1 (bir) saatı xarici dilin, 1 (bir) saatı informatikanın tədrisinə verilmişdir.
4.1.5. XI sinifdə seçmə fənlərə ayrılmış saatlardan 4 (dörd) saatı cəbr və analizin başlanğıcının, 1 (bir) saatı həndəsənin, 2 (iki) saatı fizikanın, 2 (iki) saatı xarici dilin, 1 (bir) saatı informatikanın tədrisinə verilmişdir.
4.2. Humanitar fənlər üzrə:
4.2.1. VII sinifdə dərsdənkənar məşğələlərə ayrılmış saatlardan dərs cədvəlinə daxil edilməklə 1 (bir) saatı Azərbaycan dilinin, 1 (bir) saatı ədəbiyyatın, 1 (bir) saatı isə Azərbaycan tarixinin tədrisinə verilmişdir.
4.2.2. VIII sinifdə seçmə fənlərə ayrılmış saatlardan 2 (iki) saatı Azərbaycan dilinin, 1 (bir) saatı ədəbiyyatın, fakültativ, fərdi və qrup məşğələlərinə ayrılmış saatlardan dərs cədvəlinə daxil edilməklə 1 (bir) saatı informatikanın, 1 (bir) saatı nitq mədəniyyətinin, 1 (bir) saatı I yarımildə iqtsadi və sosial coğrafiyanın, II yarımildə isə Azərbaycan tarixinin tədrisinə verilmişdir.
4.2.3. IX sinifdə seçmə fənlərə ayrılmış saatlardan 2 (iki) saatı Azərbaycan dilinin, 1 (bir) saatı xarici dilin, 1 (bir) saatı Azərbaycan tarixinin, fakültativ, fərdi və qrup məşğələlərinə ayrılmış saatlardan dərs cədvəlinə daxil edilməklə 1 (bir) saatı informatikanın, 1 (bir) saatı nitq mədəniyyətinin tədrisinə verilmişdir.
4.2.4. X sinifdə seçmə fənlərə ayrılmış saatlardan 2 (iki) saatı Azərbaycan dilinin, 1 (bir) saatı ədəbiyyatın, 1 (bir) saatı tarixin, 1 (bir) saatı Azərbaycan tarixinin, 1 (bir) saatı xarici dilin, 1 (bir) saatı informatikanın, 1 (bir) saatı uslubiyyatın tədrisinə verilmişdir.
4.2.5. XI sinifdə seçmə fənlərə ayrılmış saatlardan 3 (üç) saatı Azərbaycan dilinin, 1 (bir) saatı ədəbiyyatın, 1 (bir) saatı tarixin, 1 (bir) saatı Azərbaycan tarixinin, 2 (iki) saatı xarici dilin, 1 (bir) saatı informatikanın, 1 (bir) saatı üslubiyyatın tədrisinə verilmişdir.
4.3. Təbiət fənləri üzrə:
4.3.1. VII sinifdə dərsdənkənar məşğələlər üçün ayrılmış saatlardan dərs cədvəlinə daxil edilməklə 1 (bir) saatı biologiyanın, 1 (bir) saatı fizikanın, 1 (bir) saatı isə kimyanın tədrisinə verilmişdir.
4.3.2. VIII sinifdə seçmə fənlərə ayrılmış saatlardan 1 (bir) saatı biologiyanın, 1 (bir) saatı fizikanın, 1 (bir) saatı kimyanın, fakültativ, fərdi və qrup məşğələlərinə ayrılmış saatlardan dərs cədvəlinə daxil edilməklə 1 (bir) saatı informatikanın, 1 (bir) saatı fiziki coğrafiyanın tədrisinə verilmişdir.
4.3.3. IX sinifdə seçmə fənlərə ayrılmış saatlardan 1 (bir) saatı biologiyanın, 1 (bir) saatı fizikanın, 1 (bir) saatı kimyanın, 1 (bir) saatı xarici dilin, fakültativ, fərdi və qrup məşğələlərinə ayrılmış saatlardan dərs cədvəlinə daxil edilməklə 1 (bir) saatı informatikanın tədrisinə verilmişdir.
4.3.4. X sinifdə seçmə fənlərə ayrılmış saatlardan 2 (iki) saatı biologiyanın, 1 (bir) saatı fizikanın, 2 (iki) saatı kimyanın, 1 (bir) saatı fiziki coğrafiyanın, 1 (bir) saatı xarici dilin, 1 (bir) saatı informatikanın tədrisinə verilmişdir.
4.3.5. XI sinifdə seçmə fənlərə ayrılmış saatlardan 3 (üç) saatı biologiyanın, 2 (iki) saatı kimyanın, 2 (iki) saatı fizikanın, 1 (bir) saatı fiziki coğrafiyanın, 1 (bir) saatı xarici dilin, 1 (bir) saatı informatikanın tədrisinə verilmişdir.

Kitab

1955-ci il aprelin 18-də məşhur Nisbilik nəzəriyyəsinin müəllifi Albert Eynşteynin ürəyi dayanır.
Öz vəsiyyətinə görə onu gizlincə dəfn edirlər. Lakin belə bir əfsanə mövcuddur ki, cənazə ilə bərabər ölümündən qabaq yandırdığı bəzi əlyazmalarının külü də basdırılır. O, hesab edirdi ki, bu biliklər hələlik bəşəriyyətə ancaq ziyan gətirə bilər. Bəs bu hansı işlər imiş? Təəssüf ki, bu sualın cavabını dahi fizik əbədi olaraq özü ilə aparmışdı. Məlumdur ki, Albert Eynşteyn nüvə silahının yaradılmasına qarşı mübarizə aparmışdır. Onun bu mübarizəsi ömrünün son dövrlərində, Vahid sahə nəzəriyyəsinin yaradılması üzərində işləyərkən daha da aktivləşmişdi. Bu nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki, üç fundamental qüvvənin -elektromaqnit, qravitasiya və nüvə qüvvələrinin birgə təsirini yeganə vahid bir tənlik vasitəsilə ifadə etmək mümkün olsun. Ola bilsin ki, Eynşteyni öz zəhmətini məhv etməyə məcbur etmiş səbəb də elə bu sahədə edilmiş gözlənilməz bir kəşf olmuşdur. Lakin dahi fizikin bu kəşfinin içində gizlənmiş olan təhlükəni sezənə kimi Amerika hərbi dairələri artıq bu nəzəriyyənin bəzi tətbiqlərini həyata keçirməyə müyəssər olmuşdular.
Bu istiqamətdə aparılmış bir neçə eksperiment həqiqi mənada faciə ilə nəticələnmişdi. Müharibə dövrü olduğuna görə hərbi mütəxəssislər gəmi və təyyarələri düşmən tərəfin lokatorları üçün "görünməz" etmək sahəsində ciddi işlər aparırdılar. Belə bir ideya yaranmışdı: elə yüksək gərginlikli elektromaqnit sahəsi yaratmaq lazımdır ki, işıq şüaları barama kimi bükülüb obyekti həm insan gözü üçün, həm də cihazlar üçün görünməz etsin. Bu sahədə bəzi hesabatların aparılması ən güclü alim kimi Eynşteynə tapşırıldı.
Sonradan isə XX əsrin ən müəmmalı hadisələrinə çevrilən hadisələr baş verməyə başladı. 1943-cü ildə Filadelfiyada "Eldric" hərbi gəmisi ilə əlaqədar anlaşılmaz hadisələr baş verdi. Mövcud versiyaya görə, "görünməzlik generatoru" quraşdırılmış gəmi sadəcə gözdən itməmişdi. O, sanki digər bir ölçüyə keçərək tamam yox olmuş və bir müddətdən sonra ağlını itirmiş heyəti ilə peyda olmuşdu. Lakin əsas məsələ gəminin itməsində yox, hərbi gəmi ilə aparılmış eksperimentin onun heyətinə göstərdiyi müəmmalı təsirindədir. Dənizçilər özlərini qəribə aparmağa başladılar: bəziləri "donaraq" vaxtın real axınından uzaqlaşır, digərləri sanki havada "əriyirdilər" ki, bir daha du dünyaya dönməsinlər...
Bu gün artıq alimlər üçün aksiomdur ki, qravitasiya kollapsına (qravitasiya qüvvələrinin təsiri altında böyük cisimlərin sıxılması) qapanmış əyrilmiş fəza "Şvarstşild sferası" və yaxud "qara deşiklər" əmələ gətirir ki, burada tam bir kainat yerləşə bilər. Bizim zəmanədə paralel dünyalar ideyası artıq qəbul olunmuşdur. Bir çox alimlər isə iddia edirlər ki, ora kosmosa uçmadan da düşmək mümkündür. Oraya Yeri tərk etmədən, güclü energetik təsirlə fəzanı "deşərək" keçmək mümkündür.
Bəlkə də Albert Eynşteyn özü ilə qəbirə elə bu sirri - digər ölçülərə keçidin reallığı sirrini aparmışdır? Hər halda bu versiya çox işi aydınlaşdırır. Misal üçün, italyan tədqiqatçısı Luçano Bakkonenin apardığı eksperimentin qeyri-adi nəticələri elə bununla izah oluna bilər. Xüsusi cihazlar vasitəsilə göydə gözlə görünməyən bəzi varlıqların şəklini çəkmiş Bakkone bu "kritterlər"i-həyatın xüsusi forması olan efir forması adlandıraraq onların bizim dünyaya paralel fəzadan düşdüyünü iddia edir. Nəzərə alsaq ki, hər nüvə partlayışı zamanı yüksək enerji ayrıldığına görə, digər dünyaya keçid mümkündürsə, onda aydın olur ki, "kritterlərin" Yerə gəlməsi üçün kifayət qədər imkan yaranmışdır. Yalnız 1955-ci ildən 1973-cü ilə kimi SSRİ, ABŞ və Böyük Britaniyada 960 nüvə sınaqları aparılmışdır.
Əlbəttə ki, bütün bunlar yalnız hipotezadır. ABŞ-da "Fenomen" komissiyasının ekspertləri tərəfindən bu mövzunun təhqiqatı aparılır. Artıq Eynşteynin nəzəri işlərinin real tətbiqini göstərən faktlar aşkar edilmişdir. Bunlar yalnız digər fəzalara keçidlə məhdudlaşmayıb, həmçinin vaxt maşınının işləyən modelinin yaradılması istiqamətində də ciddi addımların atıldığını göstərir.