Əmək funksiyası:
Psixoprofilaktik
və psixodiaqnostik iş prosesində, təhsildə çətinliklərlə qarşılaşan, inkişafı
və davranışında çatışmazlığı olan
uşaqların üzə çıxarılması məqsədi ilə şagirdlərin intellektual və şəxsi emosional
inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənir, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq edir.
Uşaqların
məktəbə psixoloji cəhətdən hazırlığını
diaqnostika edərək, onların birinci
sinfə qəbul edilməsində iştirak edir, şagirdlərin yaş və inkişaf səviyyələrini müəyyən edərək onları ibtidai məktəbdən natamam orta,
natamam orta məktəbdən orta ümumtəhsil və peşə məktəblərinə keçərkən psixoloji müayinə edir və müəllim, valideyn və ustalarla birlikdə uşaqlarla fərdi iş proqramını işləyib hazırlayır.
Psixodiaqnostik
iş zamanı psixoloq psixi cəhətdən inkişaf edən uşaqları, effektiv-emosional pozuntulara və pis davranışa meylli olan uşaqları, habelə ümumi və xüsusi istedadı olan
uşaqları üzə çıxarır.
Peşəyə yararlığı üzə çıxarmaq və peşə seçməkdə kömək etmək məqsədi ilə psixoloq xüsusi olaraq şagirdlərin maraq və meyllərini öyrənir.
Alkoqolizmin,
narkomaniyanın cəmiyyətə zidd davranış formalarının qarşısını almaq üçün
yeniyetmələrlə, onların valideynləri və müəllimləri ilə profilaktik iş aparır.
Aparılmış
psixodiaqnostik tədqiqatların əsasında
psixoloq şagirdlərin inkişafı, təlimi və davranışında aşkara
çıxarılmış çatışmazlıqları təhlil edir və səbəblərini müəyyənləşdirir; psixoloq əqli geriliyi, psixi
inkişafın ləngliyini, pedaqoji cəhətdən özbaşına buraxılmış, psixogen məktəb dezadatasiyası (didaktogen və didaskapoken) olan
uşaqları müəyyən edərək məktəbdə müvəffəqiyyətsizliyin arxasında
duran konkret səbəbləri aşkara çıxarır. Psixodiaqnostik işin gedişində əldə edilmiş məlumatların təhlili əsasında psixoloq
uşaqlarla, valideyn və müəllimlərlə həm fərdi, həm də qrup şəklində aparılacaq korreksiya işinin proqramını
hazırlayır. Buraya təlimlə (məktəb müvəffəqiyyətsizliyi, disleksiya,
disqrafiya və s.) şəxsiyyətlərarası və emosional pozulmalarla (qorxu, yüksək həyəcanlılıq, depressiya və s.) sosial dezaptasiya və pis davranışla (yüksək təcavüzkarlıq,
yalançılıq, oğurluq, proqullar və s.) bağlı müxtəlif növ çətinliklərin aradan qaldırılmasına yönəldilmiş kompleks tədbirlər daxildir.
Məktəbdə, sinifdə sosial-psixoloji vəziyyətin yaxşılaşdırılması
məqsədi ilə şagirdlər, müəllimlər və məktəbin müdiriyyəti ilə treninq keçirir.
Uşaqların
və istedadlı şagirdlərin daha optimal inkişafı məqsədi ilə psixoloq müəllimlərlə birgə şagirdlərin fərdi keyfiyyətlərini nəzərə alan konkret proqram
işləyib hazırlayır və onun həyata keçirilməsini təmin edir.
Uşaqların
təlim-tərbiyəsi problemləri ilə bağlı məktəbin müdiriyyətinə, müəllimlərinə, valideynlərinə və tərbiyəçilərə məsləhətlər verir; uşaqlarla ayrı-ayrılıqda təlim, inkişaf, həyatda öz yerini tutmaq
problemləri, həmyaşıdları ilə qarşılıqlı münasibətləri, özünütərbiyə məsələləri ilə bağlı məsləhətlər verir. Pedaqoji
şuranın iclaslarında, metodbirləşmələrdə, ümum-məktəb və valideyn
yığıncaqlarında iştirak edir.
Tibbi-pedaqoji
komissiyaların, uşaqların və yeniyetmələrin sosial-hüquqi
müdafiəsi üzrə komissiyaların işində iştirak edir; müvafiq instansiyaların valideyn
hüququndan məhrum etmə, uşaqların xüsusi məktəblərə və s. göndərilməsi zamanı daha əsaslandırılmış qərar verməsi məqsədi ilə xalq məhkəməsi, himayə və qəyyumluq
orqanlarının, həddi-buluğa çatmamış uşaqlarla işləyən komissiyaların,
rayon polis şöbələrinin həddi-buluğa çatmamışların işi üzrə müfəttişliyinin tələbnamələri üzrə uşaqların psixi vəziyyətini, ailə tərbiyəsi şəraitini müəyyən edən psixoloji ekspertiza keçirir.
Bilməlidir:
"Azərbaycan Respublikasının Təhsil Qanununu, insan hüquqları və azadlıqları qətnaməsini, uşaq hüquqları haqqında konvensiyanı, uşaq və yeniyetmələrin təlim və tərbiyəsi haqqında normativ sənədləri, əməyin mühafizəsi, sağlamlığının qorunması, ümumi psixologiyanı, pedaqoji psixologiyanı və ümumi pedaqogikanı, şəxsiyyətin psixologiyasını, sosial psixologiyanı, uşaq və yaş psixologiyasını, fərdi və qrup məsləhətinin müasir
metodlarını, uşağın normal və anormal inkişafının
diaqnostikası və korreksiya metodlarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
10-cu dərəcə (psixoloq) - baza psixoloji təhsili olan (staj tələb olunmamaqla) psixoloq;
11-ci dərəcə (psixoloq) - baza psixoloji təhsili olan, müvafiq ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş və ya ixtisası üzrə 1 ildən az olmayaraq iş
stajına malik olan;
12-ci dərəcə (psixoloq) - baza psixoloji təhsili olan, ixtisası üzrə 1 ildən 3 ilədək stajı olan.
13-cü dərəcə (II kateqoriya psixoloq) - baza psixoloji təhsili olan, ixtisası üzrə 3 ildən 5 ilə qədər stajı olan psixoloq. Testləşdirməni və diaqnostikanı, psixotreninq və korreksiya işlərinin mürəkkəb formalarını həyata keçirilməsinə xüsusi icazəsi olan.
14-cü dərəcə (I kateqoriya psixoloq) - baza psixoloji təhsili olan ixtisas üzrə 5 ildən az iş stajı olmayan
psixoloq. Psixoloji təhsildən əlavə xüsusiləşdirilmiş
elmi-praktiki psixoloji mərkəzlərin birində əlavə hazırlıq keçmiş, şəxsiyyətin psixoemosional inkişaf korreksiyası, qruplarda
psixotreninq keçirilməsi ilə, sosial psixoloji təsir və təhsil müəssisələrinin fəaliyyətinin
optimallaşdırılması ilə bağlı metodlardan
istifadə üçün mürəkkəb növlü psixokorreksiya işlərini aparmağa icazə verən sertifikatı olduqda.
15-ci dərəcə (ali kateqoriya psixoloq) - baza təhsilli, ixtisası üzrə 5 ildən 10 ilə qədər stajı olan psixoloq. Əlavə, xüsusiləşdirilmiş hazırlıq
keçmiş (aspirantura, doktorantura), psixodiaqnostik, konsultativ və psixokorreksion işlərin mürəkkəb formalarının
aparılmasına xüsusi icazə olduğunu sübut edən sertifikatı olduqda, elmi və praktiki psixologiya sahəsində elmi işləri, elmi adları p.e.n. və ya p.e.d.